Türkiyə XİN başçısı həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Türkiyə XİN başçısı həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 02 mart 2020 13:00 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ)ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmsədrlərlə və A. Kaspşiklə görüşüb.

M. Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir.

Nazir vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll edilməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR