Türkiyə və Kanada XİN başçıları Dağlıq Qarabağla bağlı müzakirələr aparıblar

Türkiyə və Kanada XİN başçıları Dağlıq Qarabağla bağlı müzakirələr aparıblar
# 10 oktyabr 2020 01:04 (UTC +04:00)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu kanadalı həmkarı Fransua Filipp Şampanla telefonla danışıb.

APA-nın yerli bürosunun Türkiyə XİN-ə istinadla xəbərinə görə, telefon söhbətində nazirlər Türkiyə ilə Kanada arasında əlaqələr və Dağlıq Qarabağ mövzusunda müzakirələr aparıblar.

Qeyd edək ki, Türkiyədə istehsal olunan İHA və SİHA havadan müdafiə vasitələrində istifadə olunan kamera sistemləri Kanada şirkətlərindən alınır. Kanadanın Xarici İşlər Nazirliyi bir neçə gün öncə Dağlıq Qarabağda istifadə etdiyi iddiaları ilə Türkiyəyə bu kamera sistemlərinin ixracatını dayandırmaqla bağlı bəyanat yayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR