Türkiyənin Müdafiə naziri: “Ermənistan başından böyük işlərə girişib”

Türkiyənin Müdafiə naziri: “Ermənistan başından böyük işlərə girişib”
# 27 avqust 2020 12:50 (UTC +04:00)

“Ermənistan başından böyük işlərə girişib”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanla Azərbaycan arasında gərgin vəziyyətlə bağlı deyib.

H. Akar bildirib ki, Türkiyə haqq və hüququn tərəfindədir: “Bəli, biz tərəfik. Qardaşlığın, haqqın, hüququn tərəfiyik. Azərbaycan türkü bizim qardaşımızdır. Biz bir millət, iki dövlətik. Bizim kimin tərəfində olduğumuza heç kimin şübhəsi olmasın.

Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla öz gücündən çox üstün olan işlərə girişir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR