Türkiyənin müdafiə naziri ermənilərin Kəlbəcərdə evlərə və meşələrə od vurmasını pisləyib

Türkiyənin müdafiə naziri ermənilərin Kəlbəcərdə evlərə və meşələrə od vurmasını pisləyib
  • Clock-gray 18:15
  • calendar-gray 17 Noyabr 2020

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını tərk edərkən evlərə və meşələrə od vurmasını pisləyib.

APA-nın xəbərinə görə, bu barədə türkiyəli nazir Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi ilə videokonfrans formatında keçirdiyi iclasda bildirib.

Qeyd edək ki, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra buraya yerləşdirilmiş ermənilər rayonu tərk edirlər. Kəlbəcəri tərk edən ermənilər yaşadıqları evlərin qapı və pəncərələrini söküb özləri ilə aparır, yaşadıqları evlərə, habelə meşələrə od vurub yandırırlar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.

apa-logo-mini

Digər xəbərlər