Ukrayna mediası Zəngilan şəhərində ermənilərin məscidi donuz tövləsinə çevirməsindən yazıb

Ukrayna mediası Zəngilan şəhərində ermənilərin məscidi donuz tövləsinə çevirməsindən yazıb
  • Clock-gray 12:43
  • calendar-gray 23 Oktyabr 2020

Ukraynanın “news.24tv.ua” portalında Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi Zəngilan şəhərində ermənilərin məscidi donuz tövləsinə çevirməsi ilə bağlı məqalə dərc olunub.

APA-nın xəbərinə görə, məqalədə bildirilib ki, Zəngilan şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri ermənilərin məscidi dağıtdıqlarını və oranı donuz tövləsi kimi istifadə etdiklərini aşkar ediblər.

“Yeri gəlmişkən, Zəngilan rayonu Dağlıq Qarabağa daxil deyil və burada həmişə əsasən azərbaycanlılar yaşayıb. Ancaq Ermənistan Zəngilan rayonunu da işğal edib. Məscidin dəhşətli vəziyyətini əks etdirən videolar artıq sosial şəbəkələrdə yerləşdirilib. Görüntülərdə məscidin demək olar ki, dağıldığı və onun qalıqlarında sadəcə bir neçə donuzun olduğu görünür.  Düşmənin dini abidəyə olan barbar münasibətindən hətta hərbçilərin də şoka düşməsi diqqət çəkir”, - deyə məqalədə qeyd olunub. 

Zümrüd Paşkin

Digər xəbərlər