Ukraynanın Azərbaycandakı səfirliyi ermənilərin Gəncəyə hücumunu pisləyib

Ukraynanın Azərbaycandakı səfirliyi ermənilərin Gəncəyə hücumunu pisləyib
  • Clock-gray 19:35
  • calendar-gray 17 Oktyabr 2020

Ukraynanın Azərbaycandakı səfirliyi Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbələrini pisləyib.

Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Mülki şəxslərin ölümü, yaralanması və ciddi dağıntılarla nəticələnən Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə hücuma məruz qalmasını kəskin şəkildə pisləyirik. Mülki obyektlərə və mülki şəxslərə edilən hər cür hücum əsassızdır və dərhal dayandırılmalıdır. Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik", - deyə səfirliyin məlumatında qeyd olunub.

Zümrüd Paşkin

Digər xəbərlər