Umud Mirzəyev: “İşgaldan azad edilmiş 10 min kvadrat kilometrdən çox ərazi hərbi sursatlarla çirkləndirilib"

Umud Mirzəyev: “İşgaldan azad edilmiş 10 min kvadrat kilometrdən çox ərazi hərbi sursatlarla çirkləndirilib"
# 25 mart 2021 12:23 (UTC +04:00)

“İşgaldan azad edilmiş 10 min kvadrat kilometrdən çox ərazi hərbi sursatlarla çirkləndirilib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev deyib.

Onun sözlərinə görə, ermənilər müharibə dövründə hər cür hərbi sursatlardan istifadə edib: “Müharibə vaxtı Tərtərə təxminən 2500-dən çox mərmi atılıb. Ermənilərin hədəfində olan əsasən mülki əhali idi. Hazırda təmizlənən ərazilərin hər kvadratmetrində 10-dan çox mina aşkarlanıb. Elə yerlər var ki, minalar sıx şəkildə quraşdırılıb".

O bildirib ki, ərazilərin bərpası və məcburi köçkünlərin regiona qayıtmasında birinci problem ərazilərin minalardan təmizlənməsi, təhlükəsizlik məsələsidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR