“WorldKorean” şəbəkəsində "Ermənistan-Azərbaycan münaqişəsi, keçmiş SSRİ-nin müstəmləkə siyasətinin səpdiyi toxumlar” adlı məqalə yayılıb

“WorldKorean” şəbəkəsində "Ermənistan-Azərbaycan münaqişəsi, keçmiş SSRİ-nin müstəmləkə siyasətinin səpdiyi toxumlar” adlı məqalə yayılıb
# 02 oktyabr 2020 11:58 (UTC +04:00)

Dünya koreyalılarını birləşdirən “WorldKorean” elektron şəbəkəsində Koreyanın Dongduk Qızlar Universitetinin professoru, Universitetin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun-kyunq tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsi, keçmiş SSRİ-nin müstəmləkə siyasətinin səpdiyi toxumlar” başlıqlı məqalə yayılıb.

APA-nın xəbərinə görə, məqalədə ilk öncə “Dağlıq Qarabağ” adının etimoloji baxımdan Azərbaycan dilinə aid olduğu bildirilir. Daha sonra 1813-cü ildəki “Gülüstan Müqaviləsi” və 1828-ci ildəki “Türkmənçay Müqaviləsi” ilə Azərbaycanın Rusiya və İran arasında bölünməsi, o dövrdən etibarən Çar Rusiyası tərəfindən ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülməsi vasitəsilə Dağlıq Qarabağ demoqrafik tərkibinin süni şəkildə dəyişdirildiyi qeyd olunur. Bu prosesdə qısa müddət ərzində azərbaycanlıların 75 yaşayın məskəninin dağıdılaraq yox edildiyi vurğulanır.

Məqalədə eyni zamanda, Dağlıq Qarabağın 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olduğu və Azərbaycan SSRİ-nin tərkibinə qatıldıqdan sonra Azərbaycanın tərkibində muxtar vilayət statusu aldığı bildirilir. SSRİ-nin dağılması ərəfəsində Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi üçün Ermənistan tərəfindən yenidən qanlı fəaliyyətlərin başlandığı və nəticə etibarilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı və bu prosesdə Xocalı soyqırımının törədilməsi, yüz minlərlə azərbaycanlının evini və əmlakını itirdiyi obyektiv ifadələrlə qeyd olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR