XİN: Azərbaycan Prezidentinin Azərbaycan ərazilərinə səfərləri Ermənistan XİN-in şərh mövzusu ola bilməz

XİN: Azərbaycan Prezidentinin Azərbaycan ərazilərinə səfərləri Ermənistan XİN-in şərh mövzusu ola bilməz
# 19 mart 2021 13:41 (UTC +04:00)

"Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart 2021-ci il tarixli bəyanatına dair şərhində bildirilib.

"Ermənistan XİN-i mövcud olmayan dağıntılar barədə danışmadan öncə, 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidələrin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

Ermənistan tərəfi hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nə vəd etmir", - deyə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR