XİN: BMT TŞ-nın iclasında qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək

XİN: BMT TŞ-nın iclasında qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək
# 29 sentyabr 2020 12:44 (UTC +04:00)

“BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrin icra olunmaması məsələnin başqa tərəfidir. Bu, dünyada mövcud olan ikili standartlarla bağlıdır”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə XİN-in sözçüsü Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycan tərəfi 4 qətnamənin tələblərinin təmin edilməsi ilə bağlı məsələni hər zaman qaldırıb: “Ancaq onu qeyd edim ki, BMT-nin qətnamələri hələ qüvvədədir. Əgər BMT TŞ-nın iclası yenidən çağırılırsa, bu zaman bu qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək”.

L. Abdullayeva qeyd edib ki, eyni zamanda, Baş Prokurorluqda açılan cinayət işləri ilə bağlı detallı məlumatlar beynəlxalq təşkilatlara göndəriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR