XİN Minnesota Ştat Senatının qondarma qurumu “tanıması” haqda yayılan xəbərlərə münasibət bildirib

XİN Minnesota Ştat Senatının qondarma qurumu “tanıması” haqda yayılan xəbərlərə münasibət bildirib
# 06 may 2020 12:43 (UTC +04:00)

Xarici İşlər Nazirliyi (XİN) 5 mayda ABŞ-ın Minnesota Ştat Senatı tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun “tanınması” qətnaməsinin qəbulu ilə bağlı erməni mətbuatında yayılan məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, ABŞ-ın Minnesota Ştat Senatının qətnaməsi kimi təqdim edilən və üzərində senator Meri Kiffmeyer, Senatın katibi və Senatın Qaydalar və Administrasiya Komitəsinin sədrinin imzalarının yer aldığı bu kağız, Senat ofisinin məlumatında da təqdim edildiyi kimi, senator M. Kiffmeyerin şəxsi bəyanatıdır və simvolik bir jest xarakteri daşıyır.

“Senatın istənilən üzvü tərəfindən bəyan edilə bilən bu kimi kağızın qəbulu üçün hər hansı səsvermə tələb olunmur, yəni bu kağız Ştat tərəfindən rəsmi qətnamə kimi qəbul olunmur.

Göründüyü kimi, ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma qurumun Minnesota Senatı tərəfindən guya ki, “tanınması” kimi təqdim edilən kağız əslində Senatda baxılmayan və səsverməyə çıxarılmadan senatorun imzası ilə verilmiş simvolik sənəddir.

Ümumiyyətlə isə vurğulamaq istərdim ki, hər hansı bir qurumun “dövlət” kimi tanınması, ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir. Amerika Birləşmiş Ştatlarının federal səviyyədə mövqeyinə gəldikdə isə, bu mövqe bəllidir: ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”, - deyə XİN rəsmisi vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR