XİN isveçrəli kosmonavtın adını "qara siyahı"dan çıxarıb

XİN isveçrəli kosmonavtın adını "qara siyahı"dan çıxarıb
  • Clock-gray 11:10
  • calendar-gray 09 Yanvar 2020

İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

APA-nın XİN-ə istinadən verdiyi xəbərə görə, məktubunda Klod Nikolye Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date