XİN: Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz çərçivəsində həllinə nail olmaq başlıca vəzifə kimi qalacaq

XİN: Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz çərçivəsində həllinə nail olmaq başlıca vəzifə kimi qalacaq
# 03 yanvar 2020 12:41 (UTC +04:00)

“Növbəti ildə müxtəlif formatlı beynəlxalq platformalarda çoxşaxəli əməkdaşlıq əlaqələrin genişləndirilməsi ilə dövlətimizin rifah və qüdrətinin möhkəmlənməsinə yönələn və milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət kursu davam etdiriləcək”.

APA-nın xəbərinə görə, bu, 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında əksini tapıb.

“Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq başlıca vəzifə kimi qalacaqdır. Xarici siyasət hədəflərinə nail olunmaqda Prezident cənab İlham Əliyevin vurğuladığı “milli maraqlara və ədalətə əsaslanan müstəqil xarici siyasət” fikri rəhbər tutulacaqdır”, - deyə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR