Xocalı soyqırımı zamanı itkin düşmüş Adil və Nazim Rəşidovlarla bağlı müraciət təqdim edilib - VİDEO

Xocalı soyqırımı zamanı itkin düşmüş Adil və Nazim Rəşidovlarla bağlı müraciət təqdim edilib - VİDEO
# 24 noyabr 2020 12:27 (UTC +04:00)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı layihəsi çərçivəsində növbəti video müraciətini təqdim edib.

İcmadan APA-ya bildirilib ki, bu müraciətdə Xocalı soyqırımı zamanı itkin düşmüş Adil və Nazim Rəşidovların faciəli həyatından bəhs olunur. Bu şəxslərlə bağlı 28 ildir, beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərə heç bir cavab verilməyib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan hakimiyyətindən ötən əsrin 90-cı illərində əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatlara aydınlıq gətirməyi tələb edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR