Zaxarova: “Hərbi əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla iş aparılır”

Zaxarova: “Hərbi əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla iş aparılır”
  • Clock-gray 18:41
  • calendar-gray 11 Fevral 2021

“Hərbi əsirlərin qaytarılması ilə bağlı həm Azərbaycan, həm də Ermənistandan olan həmkarlarımızla iş aparılır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, eyni zamanda, regiondakı Rusiya sülhməramlılarının xətti ilə də hərbi əsirlərin qaytarılması istiqamətində iş aparılır.

“Bir müddət öncə Rusiya sülhməramlı qüvvələrinin komandanının vasitəçiliyi ilə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir azərbaycanlı və beş erməni əsir evlərinə qaytarılıb. Ümumilikdə hesab edirik ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir. Bu, bizim mövqeyimizdir və bu barədə Rusiya Prezidenti və xarici işlər naziri də bəyan edib”, - deyə M. Zaxarova vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər