Zaxarova: “Saxlanılan şəxslərin dəyişdirilməsinə dair razılıq olsa, sözsüz ki, bunu dəstəkləyəcəyik” - YENİLƏNİB

Zaxarova: “Saxlanılan şəxslərin dəyişdirilməsinə dair razılıq olsa, sözsüz ki, bunu dəstəkləyəcəyik” - YENİLƏNİB
  • Clock-gray 16:59
  • calendar-gray 18 Dekabr 2019

“Əsirlərin dəyişdirilməsi məsələsi hər zaman danışıqların gündəmindədir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "Azərbaycanla Ermənistan arasında əsirlərin "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi məsələsində hansı problem var" sualına cavabında deyib.

Rusiya XİN rəsmisi bildirib ki, əsirlərin dəyişdirilməsi mövzusu bu ilin aprelində Moskvada keçirilən görüşdə müzakirə olunub: "Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri bu görüşdə iştirak ediblər. Görüş zamanı tərəflər həbsdə saxlanılan şəxslərin yaxınlarının onlarla görüşə bilməsi barədə qarşılıqlı razılığa gəlib. Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu ilin iyun ayında Azərbaycan və Ermənistan vətəndaşları vətənlərinə dönüb. Biz olduqca vacib olan bu aksiyanı alqışlayırıq və buna həbsdə saxlanılan şəxslərin dəyişdirilməsi istiqamətində ilk adım kimi baxırıq".    

Rusiya XİN rəsmisinin sözlərinə görə, digər həbsdə saxlanılanlarla bağlı da iş gedir: "Əgər bu barədə razılıq əldə olunsa, biz sözsüz ki, bunu dəstəkləyəcəyik".

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date