Zaxarova: “Həmsədrlər Bratislavada Qarabağ münaqişəsi ilə bağlı məsləhətləşmələr aparacaqlar”

Zaxarova: “Həmsədrlər Bratislavada Qarabağ münaqişəsi ilə bağlı məsləhətləşmələr aparacaqlar”
# 28 noyabr 2019 16:21 (UTC +04:00)

Həmsədrlər ATƏT-in Xarici İşlər nazirlərinin Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr aparacaqlar.

APA-nın Msokva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin son illərdə mütəmadi olaraq ATƏT meydanında müzakirə olunduğunu vurğulayan Rusiya XİN rəsmisi dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu artırması ilə yanaşı, postsovet ölkələri ərazisindəki münaqişələri də gündəmə gətirmək niyyətində olduqlarını qeyd edib.

“Rusiya nümayəndə heyətinin Şərqi Ukrayna, Dnestryanı bölgə, Dağlıq Qarabağ da olmaqla, münaqişələrin həllində ATƏT-in səylərinə, Cənubi Qafqazdakı sabitliyə dair Cenevrə müzakirələrindəki həmsədrliyinə, Balkanlardakı fəaliyyətinə dəstək ifadə edəcəyi gözlənilir”, - deyə Rusiya XİN nümayəndəsi vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR