
- apa.az
- Dağlıq Qarabağ
Alı Mustafayevin xanımı: “İki vertolyot qəzasından sağ çıxsa da, üçüncüdən qurtula bilmədi”
APA TV Qarakənd faciəsinin 28 illiyi ilə bağlı reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik.
Onlar adları vətən səmasına yazılanlardır. Qara tarixin qara izləri ilə.
28 il əvvəl baş verən qəzada həlak olan vətən oğullarının ruhu məhz bu gün analarının duaları ilə yüksəldi göylərə. Qarakənd göylərinə. Saatlar 14:42-ni göstərən anda.
20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vuruldu. O helikopter ki, gövdəsində Azərbaycanın Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Vaqif Cəfərov, Vəli Məmmədov, Zülfü Hacıyev, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov kimi nüfuzlu və yüksək vəzifəli ictimai-siyasi xadimlərini daşıyırdı. Ümumilikdə 22 nəfərin həyatını itirməsi ilə nəticələnən həmin dəhşətli hadisə Azərbaycan xalqının yaddaşında silinməz yara kimi qaldı.
Dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədovla çiyin-çiyinə çalışan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, ehtiyatda olan polkovnik Həmid Cəfərov deyir ki, Qarakənd hadisəsi onun yaddaşından heç zaman silinməyəcək: "20 noyabrda Ağdamda oldum. O zaman da məlum oldu ki, Tofiq İsmayılov başda olmaqla Məhəmməd Əsədov, Vəli Məmmədov, Zülfi Hacıyev hamısı qaçqınların problemləri ilə məşğul olurlar".
Həmid Cəfərovun sözlərinə görə, bu faciə ərəfəsində İmişlidə 3 nəfər polis əməkdaşının ermənilər tərəfindən vurulması xəbərini və onların gətirilmə tapşırığını alıb: "Bu səbəblə İmişliyə getdim. Gecə saat 10-un yarısı oradan qayıdandan sonra televizoru yandıranda gördüm ki, ekran qapqaradır. Dərhal Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə zəng edib nə baş verdiyini soruşdum. Bildirdilər ki, vertolyot qayaya dəyib, ölüm-itim yoxdur. Belə bir məlumat verdilər".
Həmin helikopterdə qəzaya uğrayan bir şəxs də var idi. Jurnalist Alı Mustafayev. Digər şəxslərdən fərqli olaraq, həmin vaxtadək o, vertolyot qəzasını iki dəfə yaşamışdı. Buna baxmayaraq, yenə də peşə sevgisindən dönmür, usanmır və qorxmur. Ömür-gün yoldaşı Lalə Mustafayeva isə həmin günü bu cür xatırlayır: "Evdə idim, uşaqlar körpə olduğu üçün onlarla məşğul idim. Durmadan telefon zəngləri almağa başladım. Fikirləşdim ki, məni niyə bu qədər arayırlar? Qonşular, televiziya işçiləri, tanış-biliş hamısı Alını soruşurlar. Dedim, Alı Qarabağdadır, axşam gələr".
Amma Alı gəlmir və Lalə Mustafayeva qara xəbəri televiziya vasitəsilə öyrənir. "Bəs bu zaman nə hisslər keçirdiniz?" sualına müsahibimiz belə cavab verir: "İnanırsınız, mən şok keçirirdim. O hissləri sizə deyə bilmərəm. Bir onu gördüm ki, evimiz adamla doludur. Bu, Alının 3-cü vertolyot qəzası idi. İkinci vertolyot qəzası ondan 6 ay əvvəl, yəni aprelin 3-də olmuşdu. Onda da bizim də 3-cü körpəmiz var idi. O da 3 aylıq qundaqda idi".
Həyat yoldaşının mane olmasına baxmayaraq, Alı Mustafayev ona məhəl qoymur: "Mən ona deyirdim ki, getmə, uşaqlar da balacadır. Hər dəfə gedirsən, mən də narahat oluram. Deyirdi ki, mən getməliyəm. Həmin gün də onun getməsi ilə bağlı tələb var idi. Çünki o, ilk parlament müxbiri idi ki, Moskvada mərhum Tofiq İsmayılovla bir yerdə çalışmışdı. Tofiq müəllim də nümayəndə heyətinin rəhbəri olduğuna görə mütləq onu yanında görmək istəyirdi. Onun israrına görə Alı həmin gün onlarla getdi. Halbuki başqa jurnalist getməli idi".
Jurnalist Alı Mustafayevlə yanaşı, çəkiliş heyətinin digər üzvü Fəxrəddin Şahbazov da şəhidlik zirvəsinə yüksəldi həmin gün. İş yoldaşı, yaxın dostu İzzət Əzizov acı xəbəri duyanda sanki dünyanın başına yıxılıb: “Hər birimiz üçün yaxşı ola biləcək bir adamı itirmək necə ola bilər? İsti-isti sən ancaq o ajiotajla məşğulsan. Mən indi də vaxtaşırı ayda bir-iki dəfə qəbirüstünə gedirəm, 10-15 dəqiqə danışıram onunla”.
"Məzarı üstündə onunla nə danışırsınız?" sualımızı müsahibimiz belə cavablandırır: "Əvvəl üzr istəyirəm ki, yanına gec-gec gəlirəm. Çünki son zamanlar gec gedirəm. Sonra ondan üzr istəyirəm ki, niyə mən onun uşaqlarına kömək edə bilmədim? Buna görə də özümü günahkar hiss edirəm".
"Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim" yazıb şair Məmməd Araz. Bu vətənin yaddaşlardan silinməyəcək və qəlblərə mamırdan da bərk yapışan oğullarıdır 20 noyabr şəhidləri. Allah rəhmət eləsin!

Digər xəbərlər
XƏBƏR LENTİ
Yevda Abramov dəfn olunub
"Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb - FOTO
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb - FOTOSESSİYA
“Ata, ana və mən - idman ailəsiyik” layihəsi çərçivəsində yarış keçirilir - FOTOSESSİYA
Cəlilabadda avtomobil aşıb, sürücünün həyat yoldaşı ölüb
Rusiyada iki mikroavtobus toqquşub, 4 nəfər ölüb
Şimali Koreya ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyəcək
Yunanıstanda 4,3 maqnitudalı zəlzələ olub
Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub
Hindistanda zavodda yanğın nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb - YENİLƏNİB
Bakıda minik avtomobilinin banında 27 yaşlı qızın meyiti aşkarlanıb
Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib
Meksikada yol qəzasında kimyəvi maddənin sızması nəticəsində 5 nəfər ölüb, 21 nəfər zəhərlənib
Fransada 6 minə yaxın etirazçı küçələrə çıxaraq yürüş edib
Liviya hökumət qüvvələri Xəlifə Haftar ordusunun döyüş təyyarəsini vurduğunu açıqlayıb
Pompeo Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə hərbi bazadakı silahlı insidenti müzakirə edib
9 yaşlı universitet tələbəsi süni orqan yaratmaq istəyində olduğunu bildirib
Kollecdə baş verən yanğınla əlaqədar Ukraynada matəm elan olunub
ABŞ-da hərbi təhsil alan xarici tələbələr barədə araşdırma başlanıb
Putin və Lukaşenko arasında danışıqlar 5 saatdan çox davam edib
Odessada kollecdə yanğın zamanı ölənlərin sayı 8 nəfərə çatıb
Rusiyada yol qəzasında avtomobilin yanması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb
“Real”la “Barselona” növbəti qələbəsini qazanıb
“Yuventus” ilk məğlubiyyətini Romada alıb
“Monako” darmadağınla qalib gəlib
Azərbaycan da daxil olmaqla 11 ölkənin XİN başçıları nasizmi pisləyən birgə bəyanat yayıb
Tramp amerikalı tələbənin sərbəst buraxılmasına görə İrana təşəkkür edib
Göygöldə gənc toyda bıçaqlanıb
"Bavariya" liderlə bacarmayıb
“Liverpul”dan darmadağın, “Mançester Siti” derbidə uduzub
ABŞ-da həbs edilən professor Məsud Süleymani 1 il sonra sərbəst buraxılıb
İdlibdə hava zərbələri nəticəsində 11 mülki şəxs ölüb
Lider səfərdə, “Qalatasaray” evdə qələbə qazanıb
İtaliya klubu 36 yaşlı bombardirlə yeni müqavilə imzalayıb
Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib - VİDEO - FOTOSESSİYA
Rusiyada yol qəzasında 12 piyada yaralanıb, 1 nəfər ölüb
Azərbaycan millisinin dünya çempionatındakı oyunlarının təqvimi açıqlanıb
Moskvada azərbaycanlı şairənin yaradıcılığına həsr olunan poeziya axşamı keçirilib
Bakıda mənzildən qadın meyiti tapılıb
Bərdədə iki avtomobil toqquşub, 1 nəfər ölüb - FOTO
İranda hərbçi üç polisi güllələyib
Bakıda minik avtomobili yanıb
Azərbaycanın iki taekvondoçusu Qran-prinin final mərhələsində medal qazanıb
Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb
Dövlət Komitəsinin sədr müavini: "Zorakılığın qarşısını almaq düşüncəsilə bəzən o zorakılığı təbliğ edirik"
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri olub
Azərbaycanda hakimlərə məzuniyyət haqqının hesablanması qaydası müəyyənləşib
Türkiyədə yaşayan azərbaycanlı dirijorun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

VİDEO XƏBƏRLƏR


“Dedi ki, evsiz-eşiksiz qalmış insanların problemlərini həll etmək bir Prezident kimi mənim borcumdu” - ŞAMAXIDAN REPORTAJ

Azərbaycan Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO

Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - VİDEO

Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA
