Monitorinq insidentsiz başa çatıb - YENİLƏNİB

Monitorinq insidentsiz başa çatıb - YENİLƏNİB
# 11 iyul 2019 12:22 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 11-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, monitorinq insidentsiz başa çatıb.

***

10.27

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının Ağdam rayonunun Əhmədağalı kəndi yaxınlığında yerləşən qarşıdurma xəttində növbəti monitorinq keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, monitorinqi keçirmək üçün cəbhə rayonuna gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster əvvəlcə Ağdam rayon icra hakimiyyətinə gələrək rayon icra başçısı Vaqif Həsənovla görüşüblər.

Bildirib ki, ermənilər cari ilin iyun ayının 25-dən bu günə qədər cəbhəyanı yaşayış məntəqələrini 5 dəfə atəşə tutublar.

ATƏT nümayəndələri icra rəsmiləri ilə görüşdən sonra Müdafiə Nazirliyinin yüksək çinli hərbçilərinin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR