ATƏT-in Minsk qrupu həmsədrləri birgə bəyanat yayıb

ATƏT-in Minsk qrupu həmsədrləri birgə bəyanat yayıb
# 21 iyun 2019 01:15 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan ilə keçirdikləri görüşlə bağlı birgə bəyanat yayıblar.

APA ATƏT-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, həmsədrlər nazirlərlə ayrı-ayrılıqda və birgə görüş keçiriblər.

Onlar ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Rikerə son durum və həll danışıqlarının vəziyyəti barədə məlumat veriblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də bu görüşlərdə iştirak edib.

Müzakirələr zamanı iştirakçılar son baş verən hadisələr və həll prosesinin əsas məsələlərinə dair fikir mübadiləsi aparıblar. Xarici İşlər Nazirləri, bölgəyə son səfəri zamanı vasitəçilər tərəfindən təklif olunan humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı mövqelərini və gözləntilərini açıqlayıblar.

Son hadisələri təəssüflə qeyd edən həmsədrlər tərəfləri sülh atmosferinin və substantiv danışıqlar mühitinin bərpası üçün təcili tədbirlər görməyə çağırıblar. Həmsədlər tərəfləri atəşkəsin ciddi şəkildə qorunmasına və hər hansı bir təxribat xarakterli hərəkətdən, o cümlədən təmas xəttində və sərhəddə snayperlərin və mühəndislik işlərinin istifadəsindən çəkinməyə çağırıblar.

Həmsədrlər ilə söhbət zamanı XİN rəhbərləri gərginliyin azaldılması üçün mövcud birbaşa əlaqələrdən tam şəkildə yararlanmağın vacibliyini qeyd ediblər.

Qeyd edək ki, həmsədrlərin himayəsi altında Xarici İşlər Nazirləri yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR