Azərbaycan XİN: "Həqiqətən də Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir"

Azərbaycan XİN: "Həqiqətən də Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir"
# 17 iyun 2019 21:38 (UTC +04:00)

Azərbaycan XİN Ermənistan Müdafiə Nazirliyi tərəfindən Dağlıq Qarabağda 10 min silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirilməsi barədə yaranmış sualı cavablandırıb.

APA xəbər verir ki, məsələyə XİN-in mətbuat katibi Leyla Abdullayeva aydınlıq gətirib.

O bildirib ki, Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur:

"Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır. Həqiqətən də Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? sualı ilə müraciət etməli oluruq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR