Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2019”-da Ermənistanın təxribatının qarşısı alınıb

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2019”-da Ermənistanın təxribatının qarşısı alınıb
# 07 avqust 2019 13:58 (UTC +04:00)

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim edib.

Stenddə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan ərazisi kimi təqdim olunan xəritə asılıb.

Azərbaycan tərəfinin məsələyə dərhal müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılıb.

Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR