Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiyanın Mədəniyyət nazirinə müraciət edilib

Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiyanın Mədəniyyət nazirinə müraciət edilib
# 06 avqust 2019 18:04 (UTC +04:00)

Rusiyada fəaliyyət göstərən Moskvanın Azərbaycan İcması erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayevanın işğal altındakı Dağlıq Qarabağda “Valter” filminin çəkilişləri ilə bağlı planlarına etiraz əlaməti olaraq Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskvanın Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından göndərilən müraciətdə erməni və rusiyalı kinorejissorların Dağlıq Qarabağda fransalı aktyor Bibi Naserinin baş rol alacağı filmi çəkməklə bağlı planları qəti şəkildə pislənilib.

"Filmin prodüseri, “Veqa film" kompaniyasının baş direktoru Yekaterina Mixaylovanın diqqətinə çatdırırıq ki, onlar tərəfindən atılacaq bu addım beynəlxalq hüquq normalarının, Azərbaycanın qanunvericiliyinin və Rusiya ilə Azərbaycan arasında mövcud olan çoxsaylı müqavilələrin kobud şəkildə pozulmasıdır. Kinokompaniya və Rusiya Mədəniyyət Nazirliyinin aktyorlarına bu düşünülməmiş addıma diqqət yetirməyi və filmin sifarişçiləri tərəfindən olan təxribatın qarşısını almağı xahiş edirik”, - müraciətdə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR