Elmar Məmmədyarov: “Həmsədrlər nazirlərə müzakirə üçün yeni sənəd təqdim ediblər”

Elmar Məmmədyarov: “Həmsədrlər nazirlərə müzakirə üçün yeni sənəd təqdim ediblər”
# 24 iyun 2019 13:04 (UTC +04:00)

“Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd təqdim etdilər”.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda sənədlər nəzərdən keçirilir: “Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq. Biz hazırda həmsədrlərin martın 9-dakı bəyanatına əsasən fəaliyyət göstəririk. Razı olduğumuz və olmadığımız bəzi məqamlar var. Həmsədrlər Vaşinqton görüşündə rəsmi təkliflər təqdim edib, bir-iki ay üzərində işləməliyik. Həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra yenidən görüşək".

Qeyd edək ki, bu il iyunun 21-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnasakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR