Mogerini: "Aİ Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edir"

Mogerini: "Aİ Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edir"
# 13 iyun 2019 17:52 (UTC +04:00)

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın xarici işlər naziri Zohrab Mnasakanyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

APA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin ali nümayəndəsi Federika Mogerini Ermənistan XİN başçısı Zohrab Mnasakanyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə etdik. Bu münaqişə siyasi yolla həll tələb edir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini, o cümlədən Aİ-nin xüsusi nümayəndəsinin fəaliyyəti vasitəsi ilə dəstəkləməyə davam edir. Biz tərəfləri atəşkəsə hörmət etməyə, liderlərin və XİN başçılarının götürdükləri öhdəliklərlə bağlı işi izləməyə və substantiv məsələlərlə məşğul olmağa çağırırıq",- deyə Moqerini bildirib.

Aİ-nin ali nümayəndəsi qeyd edib ki, Avropa İttifaqı xalqların sülhə hazırlanması ilə bağlı atılacaq addımları dəstəkləməyə hazırdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR