Fransanın dövlət naziri: "Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağla bağlı irəliləyişləri diqqətdə saxlayır”

Fransanın dövlət naziri: "Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağla bağlı irəliləyişləri diqqətdə saxlayır”
  • Clock-gray 18:39
  • calendar-gray 30 Sentyabr 2019

“Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişləri izləyir və diqqətdə saxlayır”. 

APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Amelie de Montchalin Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır.

A. Montchalin vurğulayıb ki, Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olduqları zaman sülhlə bağlı öhdəlik götürüblər.

O qeyd edib ki, bu məsələdə Avropa Şurası Nazirlər Komitəsi ATƏT-in Minsk Qrupuna dəstək verir.

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date