İspaniya xarici işlər nazirinin müavini Xocalı abidəsini ziyarət edib

İspaniya xarici işlər nazirinin müavini Xocalı abidəsini ziyarət edib
# 13 iyun 2019 16:52 (UTC +04:00)

Azərbaycana səfəri çərçivəsində İspaniya xarici işlər nazirinin müavini Fernando Martin Valensuela Marso Xocalı abidəsini ziyarət edib.

APA-nın xəbərinə görə, ziyarət zamanı nazir müavininə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı faciəsi barədə məlumat verilib.

Qeyd edək ki, nazir müavini bu gün həmçinin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR