Mövlud Cavuşoğlu: “Türkiyə daim Azərbaycanın yanında olacaq”

Mövlud Cavuşoğlu: “Türkiyə daim Azərbaycanın yanında olacaq”
# 05 avqust 2019 12:22 (UTC +04:00)

“Başda Dağlıq Qarabağ münaqişəsi olmaqla, daim qardaş Azərbaycanın yanında olacağıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin xaricdəki səfirlərinin XI Konfransında çıxışında deyib.

Nazir bildirib ki, Türkiyə irqi və dini ayrı-seçkiliyə qarşıdır və bu yolda mübarizəsini davam etdirir: “Bu gün türk diplomatiyası dünyada bir nömrədir. 31 səfirliyimiz aclıq və səfalətin hökm sürdüyü bölgələrdə fəaliyyət göstərir. Müharibələrin baş verdiyi regionlarda türk diplomatlar ağır şərtlər altında Türkiyəyə xidmət edirlər”.

M. Çavuşoğlu qeyd edib ki, güclü dövlətlərin güclü səfirlikləri olmalıdır: “Bu baxımdan qarşıdakı bir neçə il çox əhəmiyyətlidir və Türkiyənin məqsədi ənənəvi diplomatiyanı inkişaf etdirməkdir. Hakimiyyətin qeyd-şərtsiz xalqın olması və “Yurdda sülh, cahanda sülh” Türkiyənin xarici siyasətinin təməl prinsipidir".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR