Nazir: "Həmsədrlər sülh prosesinə töhfə verə biləcək bir sıra təşəbbüslər irəli sürüblər"

Nazir: "Həmsədrlər sülh prosesinə töhfə verə biləcək bir sıra təşəbbüslər irəli sürüblər"
# 27 iyun 2019 17:25 (UTC +04:00)

"ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinə töhfə verə biləcək bir sıra təşəbbüslər irəli sürüblər".

APA-nın xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan maltalı həmkarı Karmelo Abela ilə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda baş tutan görüşdə son günlər cəbhə xəttində gərginliyin artması daxil olmaqla, bir sıra məsələlər müzakirə edilib: “Görüşdə gərginliyin azaldılması və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək nüansların aradan qaldırılması üçün zəruri olan məsələləri müzakirə etdik”.

Erməni nazirin sözlərinə görə, sülhə töhfə verə biləcək mühitin yaradılması prioritet məsələlərdən biridir: "Bu mühit iki vacib komponentdən ibarətdir. Birincisi, insanlar arasında ünsiyyət, hərbi ritorikanın və nifrət atmosferinin azaldılmasıdır. İkincisi isə ondan ibarətdir ki, biz gərginlik risklərinin azaldılması üzərində çalışmağa davam etməliyik".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR