Nazir Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ərazi bütövlüyünə verdikləri dəstəyə görə təşəkkür edib

Nazir Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ərazi bütövlüyünə verdikləri dəstəyə görə təşəkkür edib
# 23 oktyabr 2019 10:29 (UTC +04:00)

“Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti bu gün regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmağa davam edir, davamlı inkişaf istiqamətində Azərbaycanın səylərini təhlükə altına salır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin Bakıda keçirilən 18-ci sammiti çərçivəsində baş tutan XİN başçılarının hazırlıq görüşündə deyib.

Nazir qeyd edib ki, Ermənistan Azərbaycan ərazisində hərbi əməliyyatlar aparıb, bunun nəticəsində isə ölkə infrastrukturuna və sivil əhaliyə ciddi zərbələr dəyib.

E. Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ərazi bütövlüyünə verdikləri dəstəyə görə təşəkkür edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR