Ərdoğan: “Erməni xalqı Qarabağda yaşananlardan dərs çıxarsa, bu, bölgədə yeni mərhələnin başlanğıcı olacaq”

Ərdoğan: “Erməni xalqı Qarabağda yaşananlardan dərs çıxarsa, bu, bölgədə yeni mərhələnin başlanğıcı olacaq”
# 10 dekabr 2020 16:14 (UTC +04:00)

"Doğulduqları yerlərdən illərdir, uzaq düşmüş, yurd həsrəti ilə yanıb-yaxılan 1 milyona yaxın qaçqın və məcburi köçkün qardaşlarımız artıq öz doğma torpaqlarına geri dönmək üçün səbrsizlənir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti onların həsrətinin ən qısa vaxtda sona çatacağına inandığını bildirib: “Ermənistanın siyasi rəhbərliyi öz xalqının qaynaqlarını Azərbaycan torpaqlarını işğal altında saxlaya bilmək üçün istifadə edib. Bu vəsaitlər silahlara, mənasız müdafiə xətlərinə, gözlərini kin və qan bürümüş idarəetmənin ehtiraslarına xərclənməsəydi, bu gün mənzərə daha fərqli olardı”.

R. T. Ərdoğan Ermənistan xalqının onları keçmişin yalanlarına, kasıblığa məhkum edən diasporun iftiralarının əsirliyindən qurtulacağına inandığını bildirib: “Düşmənçilik yerinə yaxşı qonşuluq şəraitində əlaqələr yenidən qurulmalıdır. Erməni xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dönəmin başlanğıcı olacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR