Ərdoğan: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədilər”

Ərdoğan: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədilər”
# 23 dekabr 2020 13:51 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verdiklərini bildirib.

APA-nın xəbərinə görə, parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxış edən Ərdoğan deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa 30 il müddətində Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyiblər.

“Azərbaycanlı qardaş və bacılarımız qaçqın vəziyyətinə düşdülər. Belə olan halda isə azərbaycanlı qardaşlarımız qərar verdilər və torpaqlarına qovuşdular”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR