Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb

Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
# 27 oktyabr 2020 23:33 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfindən hərbi fəaliyyətin davam etməsindən narahatlıq ifadə olunub.

Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları və tezliklə atəşkəsə nail olunması və böhranın deeskalasiyası məqsədi ilə görülən addımlar barədə məlumatlandırıb.

İki ölkənin xarici siyasət və müdafiə strukturları, eləcə də xüsusi xidmət orqanları arasında bundan sonra da koordinasiyanın həyata keçirilməsi razılaşdırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR