Ərdoğan: “Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini uğurla davam etdirir”

Ərdoğan: “Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini uğurla davam etdirir”
# 18 fevral 2021 17:09 (UTC +04:00)

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, atəşkəsin qorunması üçün birgə səylər göstərilməlidir.

Ərdoğan Dağlıq Qarabağda nəqliyyat və kommunikasiya xətlərinin bərpası məsələsində türkiyəli və rusiyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq edə biləcəyini də vurğulayıb.

Türkiyə və Rusiya prezidentləri Suriya və Liviya münaqişələrini də müzakirə ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR