Rusiyalı deputat Zatulini qınayıb: "Rusiya xalqı adından "Artsax"ın rusiyalılar tərəfindən dəstək alacağını söyləmək hədsiz lovğalıqdır"

Rusiyalı deputat Zatulini qınayıb: "Rusiya xalqı adından "Artsax"ın rusiyalılar tərəfindən dəstək alacağını söyləmək hədsiz lovğalıqdır"
# 14 oktyabr 2019 16:16 (UTC +04:00)

"Ədalətin "Artsax"ın tərəfində olduğuna dair bəyanatı eşitmək qəribədir. Axı onu heç kim, o cümlədən Ermənistan belə tanımayıb".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

Dövlət Dumasının MDB, Avrasiya intqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etməsini və orada səsləndirdiyi bəyanatları şərh edən Dmitri Savelyev qeyd edib ki, Rusiya xalqı adından "Artsax"ın rusiyalılar tərəfindən dəstək alacağını söyləmək isə hədsiz lovğalıqdır: "Rusiyanın rəsmi mövqeyi çox dəqiq ifadə edilib- Azərbaycan və Ermənistanın ərazi münaqişəsi yalnız beynəlxalq hüquq çərivəsində həll olunmalıdır. Məhz buna görə də, dövlətimiz öz bütün vətəndaşları adından heç bir Artsaxı tanımır. Münaqişənin iki tərəfi var-Azərbaycan və Ermənistan. Dağlıq Qarabağ da var - Azərbaycanın işğal edilmiş ərazisi. Qorxunc Xocalı faciəsi var, hansı ki, yüzlərlə azərbaycanlı həlak olub, hansı ki, hələ də hərbi cinayət kimi tanınmayıb. Ədaləti burada, həlak olan və evlərini itirən insanlar üçün axtarmaq lazımdır".

Qeyd edək ki, ermənipərəst Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi "Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. "Əminəm ki, Rusiya Federasiyası dövlət kimi Qarabağ münaqişəsinin ədalətsiz həllinə imkan verməyəcək. Rus xalqı ilk növbədə vicdan və ədalət qiymət verir. Vicdan və ədalət isə sizin tərəfinizdədir", - deyə ermənipərəst deputat bildirib

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR