Ukrayna səfiri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Ukrayna səfiri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
# 10 sentyabr 2019 11:33 (UTC +04:00)

“Ukraynanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır. Ukrayna tərəfi rəsmi şəkildə dəfələrlə bəyan edib ki, bu məsələ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Münaqişənin həll olunması üçün ölkə daha güclü və özünə əmin olmalıdır. Çünki dünyada güclülərə hörmət olunur. Biz Azərbaycanı çiçəklənən və stabil görmək istəyirik”, - səfir vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR