Əsirlikdə olmuş hərbçi: "İnanırdıq ki, Ali Baş Komandanımız bizi orada qoymayacaq”

Əsirlikdə olmuş hərbçi: "İnanırdıq ki, Ali Baş Komandanımız bizi orada qoymayacaq”
# 05 yanvar 2021 14:16 (UTC +04:00)

“27 sentyabrda döyüşlər başlayan zaman Bakı şəhərində xidmətdə idik. Oradan birbaşa Füzuli rayonu istiqamətində döyüşlərə qatıldım. Mülki əhalimiz də bizə çox dəstək oldu. Döyüşlər müddətində hamımız bir olduq”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Nurlan Əlizadə deyib.

O bildirib ki, axırıncı günlər düşmən əlinə keçib: “Bizə elə işgəncələr verirdilər ki, onu danışmaq olmur. Bizə həm də psixoloji işgəncə verirdilər. Gəncəni vurduqlarını danışırdılar. İçimizdə inam hissi var idi ki, Ali Baş Komandanımız bizi orada qoymayacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR