Tsereteli: “Dağlıq Qarabağ münaqişəsi sülhə doğru irəliləyişin təmin edilməsi üçün siyasi iradə tələb edir”

Tsereteli: “Dağlıq Qarabağ münaqişəsi sülhə doğru irəliləyişin təmin edilməsi üçün siyasi iradə tələb edir”
# 04 iyul 2019 17:09 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsi sülhə doğru irəliləyişin təmin edilməsi üçün daha çox siyasi iradə tələb edir”.
APA-nın xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Lüksemburqda keçirilən illik sessiyasında çıxışı zamanı ATƏT PA-nın sədri Giorgi Tsereteli bildirib.

“Münaqişələri həll etmədən biz proqresə nail ola bilmərik. Münaqişələr və müharibələr iqtisadi və ətraf mühit üçün fəlakətə səbəb olur”, - deyə G. Tsereteli vurğulayıb.

Qeyd edək ki, bu gün ATƏT PA-nın 28-ci illik sessiyası öz işinə başlayıb. Sessiya iyulun 8-dək davam edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR