Tural Gəncəliyev: “Erməni icması çağırışlarımıza cavab verməlidir”

Tural Gəncəliyev: “Erməni icması çağırışlarımıza cavab verməlidir”
# 07 avqust 2019 11:17 (UTC +04:00)

“Bizim tərəfimizdən icmalar arası dialoq və təmasların qurulması üçün çoxlu çağırışlar olunub. Biz beynəlxalq təşkilatlar və səfirliklərlə görüşlərdə də bunu bəyan etmişik”.

Bunu APA-ya Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

“Təəssüf ki, erməni tərəfindən hər hansı bir reaksiya olmayıb. Biz hesab edirik ki, erməni icması yaşadıqları qanunsuz cinayətkar rejimin əsarətindən qurtulmalı, Azərbaycanın Dağlıq Qarabağ icmasının çağırışlarına cavab verməli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bizlə birgə yaşamaları uğrunda gələcək məsələləri bizimlə müzakirə etməlidirlər. Əks halda onların da gələcəyi qaranlıq görünür”, - İcma sədri vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR