Tural Gəncəliyev: “İşğal olunmuş ərazilərdə keçirilən "Ədalət və sülh naminə forum"un adı belə gülüş doğurur”

Tural Gəncəliyev: “İşğal olunmuş ərazilərdə keçirilən "Ədalət və sülh naminə forum"un adı belə gülüş doğurur”
# 11 oktyabr 2019 16:09 (UTC +04:00)

“Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar ünsürlər tərəfindən yeni bir təxribat xarakterli tədbir keçirilməsi üçün cəhdlər göstərilir. "Ədalət və sülh naminə forum" adlı təxribat xarakterli tədbiri keçirməklə, Ermənistan tərəfi bir daha işğal olunmuş ərazilərdə öz qanunsuz işğalının nəticələrini legitimləşdirməyə cəhd edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin forumun adı belə gülüş doğurur: "Burada hansı ədalətdən və sülhdən söhbət gedə bilər ki, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlı əhalinin iştirakı olmadan, öz torpaqlarına geri dönmədən belə bir forum keçirirlər. Ona görə biz bir daha bəyan edirik ki, etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi torpaqlarına geri dönmədən, torpaqlar geri qaytarılmadan bu kimi təxribat xarakterli tədbirlərin keçirilməsinin heç bir hüquqi əsası yoxdur və olmayacaq”.

Qeyd edək ki, 11 oktyabrda Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forum keçirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR