Azərbaycanda iki partiya birləşmək barədə qərar qəbul edib

Azərbaycanda iki partiya birləşmək barədə qərar qəbul edib
# 03 dekabr 2008 08:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli Etimad Partiyası (MEP) Böyük Quruluş Partiyası ilə birləşmək barədə qərar qəbul edib. Bu barədə APA-ya BQP başqanı Fazil Mustafa məlumat verib. Onun sözlərinə görə, qəbul edilən qərarda MEP üzvlərinin fərdi qaydada BQP-yə üzv olması nəzərdə tutulub. Partiya sədri MEP rəhbərliyində təmsil olunan şəxslərin BQP-yə keçdikdən sonra onların partiyanın Siyasi qurulunda və Ali Məclisdə təmsil olunacaqlarını qeyd edib.

Qeyd edək ki, MEP müxalifətyönlü partiyadır. 2003-cü il prezident seçkiləri zamanı “Bizim Azərbaycan” blokunda təmsil olunub. Partiyaya Məhəmməd Soltanoğlu sədrlik edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR