Sabah Milli Məclisdə MSK-nın tərkibinin formalaşdırılması ilə bağlı məsələyə baxılacaq

Sabah Milli Məclisdə MSK-nın tərkibinin formalaşdırılması ilə bağlı məsələyə baxılacaq
# 14 dekabr 2006 08:52 (UTC +04:00)
Sabah parlamentin növbəti iclası keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iclasda Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşdırılması ilə bağlı məsələyə baxılacaq. Bundan başqa, deputatlar “Dərman vasitələri haqqında”, “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihələrini, “Hərbi qanunvericiliyin əsasları haqqında” və “Mənzil fondu haqqında” qanunlara əlavə və dəyişiklikləri, bəzi rayonların inzibati ərazi bölgüsünün qismən dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR