Vurğun Əyyub: “Müsavatdan getməklə bunu arzulayanları sevindirmək niyyətim yoxdur”

Vurğun Əyyub: “Müsavatdan getməklə bunu arzulayanları sevindirmək niyyətim yoxdur”
# 14 dekabr 2006 10:03 (UTC +04:00)
“Müsavatdan getməyim partiya daxilində bəzilərini çox sevindirərdi. Partiyadan getməklə bunu arzulayanları sevindirmək niyyətim yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Vurğun Əyyub deyib. Qaldırdığı məsələlərin həlli istiqamətində partiyada hər hansı addımın atılıb-atılmamasından xəbərsiz olduğunu bildirən V. Əyyub neçə vaxtdır ki, bu problemləri partiya rəhbərliyinin diqqətinə çatdırdığını xatırladıb: “Dediyim məsələlər partiyada təkcə mənim tərəfimdən qaldırılmır. Digərləri də bu problemlərin həllini istəyirlər. Amma hələ heç bir konkret addım yoxdur”. Son günlər “Yeni Müsavat” qəzetində onun haqqında yazılanlara gəldikdə, V. Əyyub bu qəzeti oxumadığını və orada yazılanlara heç vaxt reaksiya verməyəcəyini bəyan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR