İsveçin “Moderant” Partiyasının üzvləri Bakıya gələcək

İsveçin “Moderant” Partiyasının üzvləri Bakıya gələcək
# 14 dekabr 2006 11:07 (UTC +04:00)
İsveçin “Moderant” Partiyasının dəvəti ilə həmin ölkəyə gedən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup gənc üzvü Bakıya qayıdıb. Bu barədə APA-ya AMİP-dən məlumat verilib. Milli istiqlalçılar “Moderant” Partiyasının Mişko adasında təşkil etdiyi beynəlxalq seminarda iştirak edib. Ukrayna, Belarus, Rusiya və İsveç gənclərinin də qatıldığı seminarda “Azad cəmiyyətin prinsipləri” mövzusunda müzakirələr aparılıb. İştirakçı dövlətlərin hər birinin siyasi vəziyyəti, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunub. AMİP-çilər eyni zamanda Azərbaycan diasporunun üzvləri ilə də görüş keçirilib. Məlumata görə, razılığa əsasən “Moderant” Partiyasının gəncləri yanvarda Bakıya gələcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR