Azərbaycanın Aİ yanında daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov: “Azərbaycan gücləndikcə, bizimlə hesablaşmağa başlayırlar”

Azərbaycanın Aİ yanında daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov: “Azərbaycan gücləndikcə, bizimlə hesablaşmağa başlayırlar”
# 14 dekabr 2006 12:26 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosunun əməkdaşına Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov verib. O, qəbul olunan yekun kommunikedə Azərbaycanın maraqlarına uyğun maddələrin öz əksini tapdığını deyib. “Çox əhəmiyyətli fakt ondan ibarətdir ki, parlamentlərarası əməkdaşlıq komitəsinin iclasında ilk dəfə bizim peşəkar tərcüməçilərin sayəsində Azərbaycan dilində də müzakirələr keçirildi. Qəbul olunan kommunikedə Azərbaycanda aparılan iqtisadi və siyasi islahatların uğurlu nəticələri qeyd olunub. Bu, o deməkdir ki, artıq Azərbaycan güclü, hərtərəfli inkişaf etmiş bir dövlət kimi qəbul olunmaqdadır. Azərbaycan bütün sahələrdə gücləndikcə, bizimlə hesablaşmağa başlayırlar”. Arif Məmmədov Azərbaycan-Avropa İttifaqı parlamentlərarası əməkdaşlıq komitəsinin növbəti iclasının gələn ilin sentyabrında Bakıda keçiriləcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR