ALP-nin 17 üzvü partiyadan istefa verib

Azərbaycan Liberal Partiyasının (ALP) 17 üzvü partiyanın yürütdüyü siyasi xətdə etiraz olaraq istefa verib. Onlar siyasi fəaliyyətlərini Müasir Müsavat Partiyasında (MMP) davam etdirəcəkləri barədə qərar çıxarıb. MMP-nın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilib: “Lalə Şövkətin rəhbərliyi altında yürüdülən siyasi xətt ölkədə həmişə siyasi gərginliyin artmasına, sabitliyin pozulmasına, vətəndaş qarşıdurmasına gətirib çıxarır. Biz bu partiyada dəfələrlə aldanmışıq. Partiyada sədr əvəzi Əvəz Temirxanın hərəkətləri təşkilatda anormal atmosfer yaradıb”.
ALP-nin sədr əvəzi Əvəz Temirxan isə APA-ya açıqlamasında partiyanın üzvü kimi istefa bəyanatı imzalayanlardan yalnız birinin ALP üzvü olduğunu söyləyib: “Biz bu məsələni araşdırırıq”. /APA/
ALP-nin sədr əvəzi Əvəz Temirxan isə APA-ya açıqlamasında partiyanın üzvü kimi istefa bəyanatı imzalayanlardan yalnız birinin ALP üzvü olduğunu söyləyib: “Biz bu məsələni araşdırırıq”. /APA/
Daxili siyasət

Deputat: Şuşa həbsxanası ərazisindəki kütləvi məzarlıq, qətliam Ermənistanın humanitar hüquqa hörmətsizliyinin növbəti sübutudur

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Sahil Babayev: Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir
