Cənubi Qafqaz Parlament Təşəbbüsünün sədrliyi Azərbaycana keçəcək

Milli Məclisin nümayəndə heyəti dekabrın 15-dən 19-dək LİNKS təşkilatı çərçivəsində Cənubi Qafqaz Parlament Təşəbbüsünün 6-cı plenar iclasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olacaqlar. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə deputatlar Siyavuş Novruzov, Mirkazım Kazımov, Ərəstun Cavadov, Elton Məmmədov, Rafael Cəbrayılov, İlham Məmmədov, Eyvaz Qurbanov və Fuad Muradov iştirak edəcəklər. Tədbirdə Avropa Birliyinin “Yeni Qonşuluq” siyasətinə aid bir sıra məsələlər müzakirə ediləcək, Cənubi Qafqazda nəqliyyat, bank və ekologiya sahələrindəki vəziyyət və bu sahələrdə əməkdaşlığın mümkünlüyü barədə ekspertlərin məruzələri dinləniləcək.
Plenar iclasın son günü Azərbaycan nümayəndə heyəti gələn yarım il ərzində ( yanvar-iyun 2007-ci il ) Cənubi Qafqaz Parlament Təşəbbüsünün sədrliyini təhvil alacaq.
Dekabrın 17-də Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin keçirəcəyi “Beynəlxalq Humanitar Qanunlar” mövzusundakı təqdimat mərasimində də iştirak edəcək. /APA/

Daxili siyasət

Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin tərkibi genişləndirilib