122 saylı Xankəndi Dairə Seçki Komissiyasının fəaliyyəti üçün normal şərait yoxdur

122 saylı Xankəndi Dairə Seçki Komissiyasının fəaliyyəti üçün normal şərait yoxdur
# 14 dekabr 2006 15:06 (UTC +04:00)
122 saylı Dairə Seçki Komissiyasının fəaliyyəti və seçicilərin siyahıya alınması üçün normal şərait yoxdur. Bu barədə APA-ya 122 saylı Xankəndi DSK-nın sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, MSK-nın qəbul etdiyi təlimata əsasən yanvardan başlayaraq seçki dairəsinin ərazisində olan seçicilərin siyahıya alınması prosesi başlayacaq. Bu məsələnin DSK-da müzakirə olunduğunu bildirən A. Doluxanov ortaya ciddi problemlər çıxdığını qeyd edib: “DSK üzvlərinin normal fəaliyyət göstərməsi üçün heç bir şərait yoxdur. Otaqların vəziyyəti keyfiyyətli iş görməyə imkan vermir. Heç bir istilik sistemi yoxdur və soyuq günlərdə işləmək mümkün deyil”. Siyahıyaalınma prosesinin qış vaxtına təsadüf etdiyini bildirən A. Doluxanov digər problem kimi Xankəndi ərazisində yaşamış 20 min azərbaycanlının 40-dan artıq rayonun ərazisində məskunlaşmasını göstərib: “40 rayonun ərazisində yaşayan Xənkəndi camaatını siyahıya almaq üçün biz ən azı yanacaqla təmin olunmalıyıq. Problemlər həll olunsa, dairənin siyahısını hazırlaya biləcəyik. Əks halda, siyahı yenə yarımçıq qala bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR