Azərbaycan Milli Azlıqlar Konqresi Dağlıq Qarabağ separatçılarının keçirdiyi “referendum”la bağlı beynəlxalq təşkilatlara müraciət edib

Bu gün Azərbaycan Milli Azlıqlar Konqresi (AMAK) dekabrın 10-da qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən referendumla bağlı BMT-yə, ATƏT-ə, Avropa Şurasına, ABŞ Dövlət Departamentinə və Konqresinə, Fransa Senatına, Rusiya Dövlət Dumasına və bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. AMAK-dan APA-ya verilən məlumata görə, müraciətdə Dağlıq Qarabağda keçirilən qondarma referendum pislənilir və beynəlxalq təşkilatlardan ermənilərin qanunsuzluqlarına praktik münasibət göstərilməsi tələb edilir. Müraciətdə Ermənistanın işğalçı olduğu və zəbt edilən ərazilərdə minlərlə etnik millətin yaşadığı da vurğulanıb: “Bu gün 1 milyon qaçqının içərisində ruslar, kürdlər və digər milli azlıqların nümayəndələri də var. Bu gün onlar da Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir. Azərbaycan ərazilərinin işğal edən Ermənistan ərazisində isə bir nəfər də qeyri-erməni yaşamır. Yəni Ermənistanda heç bir digər millətin icması fəaliyyət göstərmir. Bütün bunları nəzərə alıb, Ermənistanın işğalçı siyasətinin qarşısını almaqda Azərbaycana dəstək verməyinizi istəyirik”. /APA/
Daxili siyasət

Deputat: Şuşa həbsxanası ərazisindəki kütləvi məzarlıq, qətliam Ermənistanın humanitar hüquqa hörmətsizliyinin növbəti sübutudur

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Sahil Babayev: Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir
