Türkmənistan XİN: “Xəzərlə bağlı problemin həlli üçün Azərbaycan və Türkmənistan prezidentlərinin birbaşa dialoqu zəruridir”

APA-nın məlumatına görə, qonşu dövlətin xarici siyasət idarəsinin yaydığı bəyanatda bildirilir ki, “Türkmənistan tərəfi bu məsələlərlə bağlı Azərbaycan və Türkmənistan prezidentləri, yaxud xarici işlər nazirləri səviyyəsində birbaşa danışıqların başlanmasını zəruri sayır”. Bəyanatda Xəzərin səthinin və dibinin bölgüsünə dair Azərbaycanla mübahisə üçün heç bir əsasın olmadığı qeyd edilir. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzərin hüquqi statusunun müəyyənləşməsi məsələsində Türkmənistanla müəyyən problemlərin mövcud olduğunu deyib. /APA/
Daxili siyasət

Deputat: Şuşa həbsxanası ərazisindəki kütləvi məzarlıq, qətliam Ermənistanın humanitar hüquqa hörmətsizliyinin növbəti sübutudur

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Sahil Babayev: Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir
